“TANAP-ın tutumu iki dəfə artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə də bu sərmayələr bizə qayıdacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, həm Azərbaycan tərəfi, həm də Türkiyə TANAP-dakı fəaliyyətlərini birlikdə davam etdirir.
“Aralıq dənizində də qaz ehtiyyatı tapa bilərik. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - deyə Kalın qeyd edib.