Fərdi maşınla Şuşa və Suqovuşana gedənlərə bu, qadağandır - DİN

ferdi-masinla-susa-ve-suqovusana-gedenlere-bu-qadagandir
Oxunma sayı: 6935

DİN vətəndaşların Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.

Vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq.