“Ferençvaroş” Romaonu, “Qarabağ” Kadini istəyir...

ferencvaros-romaonu-qarabag-kadini-isteyir
Oxunma sayı: 2928

Xəbər verdiyimiz kimi, “Qarabağ” sabiq futbolçusu Kadi Borxesi qaytarmaq üzrədir. Hazırda Macarıstanın “Ferençvaroş” klubunda çıxış edən futbolçu özü də “Qarabağ”da oynamaq istəyir. 

“Qafqazinfo” xəbər verir ki, bu transfer ətrafında müxtəlif variantlar var. 

İş burasındadır ki, macarlar da “Qarabağ”ın bir futbolçusuna “elçi düşüb”. Onlar ağdamlıların dayaq yarımmüdafiəçisi Julio Romaonu heyətinə qatmaq niyyətindədir.

“Ferençvaroş”un İdarə Heyətinin rəhbəri Pal Orosz da saytımıza məlumatı təsdiq edib. 

Əgər danışıqlar müsbət məcrada davam etsə, o zaman Kadinin gəlişi də baş tutacaq. Amma başqa variantlar da istisna olunmur. 

“Ferençvaroş”un İdarə Heyətinin rəhbəri Pal Orosz və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov  Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinin üzvüdür. Məhz tərəflər arasındakı bu münasibətlər transferdə böyük rol oynayır.