Ferma işçisi heyvanların dərmanından səhvən içib zəhərləndi - Salyanda

ferma-iscisi-heyvanlarin-dermanindan-sehven-icib-zeherlendi
Oxunma sayı: 1212

Salyan sakini kimyəvi maddədən zəhərlənib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Salyan rayonunun Yenikənd kənd sakini, fermada işləyən 40 yaşlı Sevil Pirverdi qızı İsrafilova heyvanlar üçün nəzərdə tutulan dərmanı səhvən içib.

Nəticədə zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.