Filippində gəmidə yanğın - 12 nəfər öldü

filippinde-gemide-yangin
Oxunma sayı: 598

Filippində sərnişin gəmisində baş vermiş yanğın nəticəsində ən azı 12 nəfər ölüb.

“Qafqazinfo” ABS-CBN Media Qrupuna istinadən xəbər verir ki, ölənlər arasında azı üç uşaq var.

Mənbənin məlumatına görə, Baluk-Baluk adası yaxınlığında yanmağa başlayan “Lady Mary Joy 3” gəmisinin göyərtəsində 200-dən çox sərnişin olub. Bildirilir ki, 14 nəfər xəstəxanaya çatdırılıb.

Sahil mühafizəsi itkin düşmüş hesab olunan 7 nəfərin axtarışlarını davam etdirir. Yanğının səbəbi araşdırılır.