Filiz Akın vəfat etdi - Yenilənib

filiz-akin-vefat-etdi
Oxunma sayı: 5984

Türkiyə film tarixinin məşhur aktrisalarından olan Filiz Akın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 82 yaşlı sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiq edib. 

Qeyd edək ki, Filiz Akın 1943-cü ildə Ankarada anadan olub. Türkan Şoray, Hülya Koçyiğit ve Fatma Girik ilə birlikdə “Yeşilçam”ın dörd əfsanəvi aktirsalarından biri hesab olunurdu.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək sənətçinin ölümü ilə bağlı başsağlığı verib:

“Türk kinosunun əfsanələrindən olan dəyərli aktrisa Filiz Akının vəfatını hüzünlə öyrəndim. Ustad aktrisamızın ailəsinə, yaxınlarına və sevənlərinə  və bütün sənət camiamıza başsağlığı verirəm”.