“Fransa “Böyük Ermənistan”a çevrilib”

fransa-boyuk-ermenistana-cevrilib
Oxunma sayı: 1713

“Azərbaycan və Yeni Kaledoniya parlamentləri arasında əməkdaşlığa dair memorandum xüsusi əhəmiyyətə malikdir və gələcək birgə fəaliyyətin yol xəritəsidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda deyib.
  
Z.Oruc bildirib ki, Azərbaycan Zəfəri ilə Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğradıb “Tarixi müstəmləkəçilikdən ibarət olan Fansanın son 30 illik müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən siyasəti indi açıq səhnəyə çıxıb. 

Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa məhkəməsi, BMT Ədalət Məhkəməsi, Lemkin institutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə  Cənubi Qafqazda yenidən mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib. Təəssüf ki, Fransa “Böyük Ermənistan”a çevrilib. Parisə Qafqazda sülh gərək deyil”. 

Onun sözlərinə görə, bu günlərdə Qarabağdan çıxan Rusiya sülhməramlı qüvvələrinin qansız-qadasız bölgədən iki dövlət rəhbəri arasında yüksək razılaşma ilə çıxarılması nəinki Fransanı, o cümlədən Amerikanı narahat edib. Onlar qanlı toqquşmalar gözləyirdilər, lakin ona nail ola bilmədilər.

Zaur Mirzə