Fransada peyk antenası casusluğu - Çin vətəndaşları həbs edildi

fransada-peyk-antenasi-casuslugu
Oxunma sayı: 577

Fransa hüquq-mühafizə orqanları peyk rabitə məlumatlarını ələ keçirmək planı ilə bağlı casusluq şübhəsi üzrə ikisi Çin vətəndaşı olmaqla, 4 nəfəri saxlayıb.

“Qafqazinfo” xarkici KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına görə, şübhəlilər Fransanın cənub-qərbində yerləşən Jirond bölgəsində kirayə götürdükləri ərazidən istifadə ediblər.

Yerli sakinlər həmin ərazidə təxminən 2 metr diametrli peyk antenasının quraşdırıldığını görəndən sonra təhlükəsizlik orqanlarına məlumat veriblər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış zamanı peyk antenalarına qoşulmuş kompüter sistemi, siqnalların tutulmasına imkan verən texniki avadanlıqlar aşkar edilib.

Məlumata görə, Çin vətəndaşları Fransaya strateji əhəmiyyətli peyklərdən, eləcə də, “Starlink” peyk şəbəkəsindən, xüsusilə hərbi obyektlərdən məlumat toplamaq məqsədilə gəliblər.

Antenalar radiokəşfiyyat (SIGINT) yolu ilə əldə edilən məlumatların Çin tərəfinə ötürülməsi məqsədilə quraşdırılıb.

Cinayətə görə Fransa qanunları 15 ilədək həbs cəzası nəzərdə tutur.