Ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa millisinin qapısına qol vuran Renat Dadaşov açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, o, qarşılaşmadan sonra bu qolun karyerasına təsir göstərəciyini bildirib:
“Əlbəttə, Fransa kimi rəqibə qol vurduğum üçün sevincliyəm. İnanıram ki, bu, gələcək karyerama da müsbət təsir göstərəcək. İndi artıq fikrimi klubum “Motor”a (Lubin, Polşa) yönəltməliyəm. Əlimdən gələni edəcəm ki, bundan sonra daha çox oynamaq şansı qazanım”.
Qeyd edək ki, millimiz bu görüşdə 1:3 hesabı ilə uduzub.
Son xəbərlər
Son Xəbərlər