Xırdalanda binanın zirzəmisinə su doldu - Video

xirdalanda-binanin-zirzemisine-su-doldu
Oxunma sayı: 1404

Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb.

Bu barədə oxucular “Qafqazinfo”ya video göndəriblər. Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb. Sözügedən binanın “Çinar” MTK-ya aid olduğu bildirilir. 

Sakinlərin sözlərinə görə, binada kommunal xidmətlərin verilişi dayandırılıb. 

Qeyd edək ki, intensiv yağışlarla əlaqədar 2 gündür su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirləri görülür.