Dağıstanda da küçələri su basdı - Video

dagistanda-da-kuceleri-su-basdi
Oxunma sayı: 735

Dağıstanda da yağıntının miqdarı ilə bağlı yeni rekord qeydə alınıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, regionda sutka ərzində 50 millimetrdən çox yağıntı olub ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumu geridə qoyub. 

Nəticədə çaylar daşıb, yolları su basıb və küçələrdə avtomobillər su altında qalıb.

Bununla yanaşı, əlverişsiz hava şəraitinə görə 132 kənd işıqsız qalıb.