İntensiv yağışla bağlı 33 nəfər təxliyə edilib - Video

intensiv-yagisla-bagli-33-nefer-texliye-edilib
Oxunma sayı: 807

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.