ABŞ-nin “İnter Mayami” klubunun yeni stadionunda şərq tribunası klubun dünyaşöhrətli futbolçusu Lionel Messinin şərəfinə adlandırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi sayt məlumat yayıb.
Belə ki, bu, karyerasını davam etdirən futbolçunun öz şərəfinə adlandırılmış tribunası olan stadionda çıxış edəcəyi ilk hal olacaq.
Qeyd edək ki, “İnter Mayami”nin yeni arenasının açılışı aprelin 4-nə planlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər