Dəməşqdəki prezident kompleksi xarici hərbi ekspertlərin və mütəxəssislərin yerləşmə mərkəzinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Dəməşqdəki “Sheraton Damascus” hoteli və prezident kompleksi İsrail, ABŞ və Britaniyadan olan müşavirlərin və ekspertlərinin toplanma yerləridir. Coğrafi mövqeyindən asılı olmayaraq, xarici hərbçiləri qəbul edən istənilən obyekt, əgər bu fəaliyyətlərə son qoyulmasa, İranın qanuni hədəfləri sırasına daxil ediləcək”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər