Fransızlar Makrondan narazıdır

fransizlar-makrondan-narazidir
Oxunma sayı: 1253

Fransızların ölkə Prezidenti Emmanuel Makrona inam səviyyəsi 2 faiz bəndi azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Les Echos” qəzeti “Elabe” sosioloji xidmətinin sorğusuna istinadən məlumat yayıb.

Yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) dövlət başçısından ən böyük məyusluğu yaşayıb, apreldə bu qrupdan olan respondentlərin yalnız 27%-i dövlət başçısına etimadı saxlayıb, martda isə 36% olub.

“Elabe” prezidenti Bernard Sananes hesab edir ki, bu, həm onun Ukrayna ilə bağlı bəyanatları, həm də müvafiq nazirlərin büdcə kəsiri məsələsi ilə bağlı açıqlamaları ilə əlaqədardır. Bütün yaş qrupları üzrə məlumatları götürsək, Makronun 2022-ci ildə yenidən seçilməsinə səs verənlər arasında o, respondentlərin 76%-nin dəstəyini saxlayıb.