“Aston Villa” fərqi artırır - Canlı-Yenilənir

aston-villa-ferqi-artirir
Oxunma sayı: 3069

Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. 

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.

Avropa Liqası
Final

23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
İstanbul. “Beşiktaş Park”

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.

***

Matç başladı.

***

Yuri Tilemans 41-ci dəqiqədə hesabı açır.

***

Emiliano Buendia 45+3-cü dəqiqədə hesab arasındakı fərqi artırır.

***

Fasilə.