“Telegram”ın təsisçisi Pavel Durov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ittihamlarına cavab verib.
“Qafqazinfo” xəbər verir ki, iş adamı kütləvi izləmə və senzura tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün terrorçu siyahısına salındığını bildirib.
O, Rusiya qanunvericiliyinə əsasən, ona internetdə məlumat yaymağın qadağan edildiyini xatırladaraq rəsmilərin internetdən istifadə qadağası ilə bağlı çaşqınlıq yaşadığını vurğulayıb.
Qərardan sonra Durov “Telegram” hesabında Rusiya hökümətinin “Taliban”la olan fotosunu mem formasında yerləşdirib.
Qeyd edək ki, iyulun 30-da “Rosfinmonitorinq” Durovu ekstremistlər və terrorçular siyahısına salıb, Rusiya hüquq-mühafizə orqanları isə onu beynəlxalq axtarışa verib. İttihamlar “Telegram”ın cinayət yönümlü, kiberfırıldaqçılıq və təxribat hazırlanan kanalları silməkdən imtina etməsi ilə əlaqələndirilir. “Interpol” isə axtarış məlumatlarını ictimailəşdirməyə biləcəyini açıqlayıb.

Son xəbərlər
Son Xəbərlər