Füzuli RİH başçısı vətəndaşlarla görüşdü - Fotolar

fuzuli-rih-bascisi-vetendaslarla-gorusdu
Oxunma sayı: 2034

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Əhmədallar kəndində səyyar-qəbul görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon prokuroru Elnur Rüstəmov, RPŞ rəisi Zaur Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarınn rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev bildirib ki, 2000-dən artıq əhalinin yaşadığı Əhmədallar kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.