Füzulidə çoban 15 yaşlı oğlanı güllələdi - Video

fuzulide-coban-15-yasli-oglani-gulleledi
Oxunma sayı: 7813

Fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov təsərrüfat sahibinin oğlu 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirib.

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.

Öldürülən T. Musayevin yaxınları bildirib ki, yeniyetmə fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Ə. Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. İnsidentin hansı şəraitdə baş verməsi haqda heç kimin məlumatı yoxdur.

Hadisənin törədildiyi odlu silah isə təsərrüfat sahibinə məxsus olub. Silah fermada qalırmış.

Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çoban saxlanılıb və istintaqa təhvil verilib. Hazırda dindirilməsi aparılır.