Füzulidə mina partladı - Xəsarət alan var - Yenilənib

fuzulide-mina-partladi
Oxunma sayı: 2195

Füzuli rayonunda traktor minaya düşüb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün  saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub. Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.