G7 Qəzza ilə bağlı bəyanat qəbul etdi

g7-qezza-ile-bagli-beyanat-qebul-etdi
Oxunma sayı: 2045

Yeddilik Qrupu (G7) ölkələri, oktyabrın 7-də Qəzza zolağında münaqişənin gərginləşməsinin növbəti mərhələsi başlayandan bəri Fələstin əhalisinə yardım üçün 600 milyon dollardan çox vəsait ayrıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə G7 ölkələrinin virtual görüşünün yekunları üzrə yayılan birgə bəyanatında deyilir.

“7 oktyabr 2023-cü il tarixindən etibarən biz Fələstin xalqına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi və digər BMT agentlikləri və digər humanitar təşkilatlar vasitəsilə 600 milyon dollardan çox yardım elan etmişik”, - deyə məlumatda bildirilir.

Bəyanatdan məlum olduğu kimi, G7 liderləri münaqişənin şiddətlənməsinin Qəzza zolağında mülki əhali üçün fəsadlarından narahat olduqlarını bildiriblər. Onlar qış yaxınlaşdıqca humanitar yardımın gəlməsinə imkan yaratmaq üçün Qəzza zolağının sərhədində əlavə keçid məntəqələrinin açılmasını istəyiblər.

Xatırladaq ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.