Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.
1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra vəfat edib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər