Bərdədə məktəb kollektivi təhsil ocağından ayrılan müəllimi göz yaşları və alqış sədaları ilə yola salıb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Alaçadırlı kənd məktəbində 17 ildir tarix müəllimi kimi çalışan Vəsilə Ələkbərova Xankəndiyə köçmək üçün işdən ayrılıb.
Gedişi zamanı şagirdlərlə sevimli müəllimləri arasında təsirli anlar yaşanıb.
Qeyd edək ki, özünə qazandığı rəğbət və gedişi ilə məktəbin tarixinə düşən Vəsilə müəllimə ömrünün düz 31 ilini bu peşəyə sərf edib.
Həmin anda lentə alınmış görüntüləri təqdim edirik:
Bəsti Məmməd
Son xəbərlər
Son Xəbərlər