Gələn ildən Qarabağ Universitetinə qəbul mümkün olacaq

gelen-ilden-qarabag-universitetine-qebul-mumkun-olacaq
Oxunma sayı: 3114

“Növbəti tədris ilindən Qarabağ Universitetində 800-1000 tələbə tədris ala biləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, orada 2-3 min tələbənin təhsil alması üçün imkan var: “Xankəndidəki Qarabağ Universitetinin yenidən fəaliyyətə başlaması elm işçilərinə bir imkandır və hər kəs üçün qürurverici xəbərdir. İlk mərhələdə 4 fakültənin açılması nəzərdə tutulub.

Müəllimlərin bir qismi Xankəndidə kampuslarda qalacaq. Onlar növbəli şəkildə gedib orada təhsil verəcəklər. Orada birinci kursa qəbulu planlaşdırırıq”.

***

Nazir, həmçinin əlavə edib ki, uzun müddət Azərbaycandan kənarda yaşayan alimlərimiz Qarabağ Universitetində işləmək, orada təhsilin təşkilinə yardım etmək üçün müraciət edirlər.

Gülnar Əliyeva