“Gələn ilin əvvəli İrəvanla Bakı arasında davamlı sülhə nail olmaq mümkündür”

gelen-ilin-evveli-irevanla-baki-arasinda-davamli-sulhe-nail-olmaq-mumkundur
Oxunma sayı: 1451

“2024-cü ilin ilk aylarında “3+3” platforması çərçivəsində İrəvanla Bakı arasında sabit sülhə nail olmaq olar”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, 2024-cü ilin ilk aylarında regionda stabil sülhə nail olmaq mümkündür: “Biz bu prosesə nikbin yanaşırıq”.