Gəncə hadisələrinə görə axtarışa verilən şəxs ölkədən çıxmaq istəyərkən saxlanılıb.
“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər