Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
“Audi” və “VAZ 2107” markalı maşınların toqquşması nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada yaralanan şəxslərin sayı üç nəfərə çatıb.
Belə ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Ruzi Musatafayev, 1990-cı il təvəllüdlü Seymur Qurbanov və 1986-cı il təvəllüdlü Xəyal Məmmədov xəsarət alıb.
Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onlardan birinin vəziyyəti daha ağırdır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) bu gün saat 14:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Onlar yazılı iltizamnamə əsasında stasionar tibbi xidmət almaqdan imtina edərək, tibb müəssisəsindən buraxılıblar”.
Yunis Quliyev




Son xəbərlər
Son Xəbərlər