Gəncədə hündürlükdən yıxılan şəxs xəstəxanada öldü

gencede-hundurlukden-yixilan-sexs-xestexanada-oldu
Oxunma sayı: 1897

Gəncədə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün bundan əvvəl 1975-ci il təvəllüdlü İlqar Köçəriyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, İ.Köçəriyev bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, İlqar Köçəriyev yaşadığı evin damından yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev