Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Daşkəsən rayon sakini Nağıyev Elçin ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Onun yeniyetmə oğlu hadisənin törətməkdə şübhəli bilinir.
Qeyd edilir ki, cinayət ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı K.N. saxlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər