Gəncədə qadını maşın vurub öldürdü

gencede-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1515

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı maşın vurub.

Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev