Quyu qazılarkən qaz borusu partladı - Yaralananlar var-Yenilənib-Fotolar

quyu-qazilarken-qaz-borusu-partladi
Oxunma sayı: 2387

Gəncədə quyu qazılan zaman qaz borusu partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.

1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və digər xəsarət alanlar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə, partlayış fəhlələr kanalizasiya quyusunda təmir apararkən baş verib.

***

Gəncədəki partlayışın tərəffüatı bilinib. Məlum olub ki, hadisə fərdi evlərdən birinin həyətində kanalizasiya quyusu qazılarkən baş verib.

Qazıntı qaynaq işləri aparılan zaman ərazidən keçən qaz xətti zədələnib və ani partlayış olub.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar bu gün saat 17:00 radələrində 2 nəfər (kişi) xəstəxananın nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, digərininki orta-ağır qiymətləndirilir”.

Yunis Quliyev