Azərbaycanda maaşların artırılması məsələsi parlamentdə müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
“Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa, minimum əməkhaqqı 655 manat olmalıdır. Bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinin ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir. Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”, - deputat bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər