“Norm ICCX Academy Baku 2026”da yerli tərəfdaş qismində çıxış etdi - Fotolar

norm-iccx-academy-baku-2026da-yerli-terefdas-qisminde-cixis-etdi
Oxunma sayı: 170

“Norm” şirkətinin yerli tərəfdaş olduğu “ICCX Academy Baku” beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının bir araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan beton mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.

Gün boyu davam edən konfransda beton texnologiyalarının tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaat materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının azaldılması strategiyaları diqqət mərkəzində olub.

Tədbirdə həmçinin Azərbaycanın müasir dəmir-beton konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub. Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər.

Sessiya zamanı Azərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar və gələcəkdə müasir həllərin tətbiqi imkanları üzrə fikir mübadiləsi aparılıb.

Panel çərçivəsində suallara cavab verən Henning Sasse “Norm”un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəki rolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dair şirkətin mövqeyini bildirib.

“​ICCX Academy Baku 2026” iştirakçılar tərəfindən maraqla qarşılanıb və sektor nümayəndələri arasında peşəkar əməkdaşlığı təşviq edib.

“Norm” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.