Yasamalda Gənclər Günü qeyd edildi - Fotolar

yasamalda-gencler-gunu-qeyd-edildi
Oxunma sayı: 485

Bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi milli maraqların ideoloji təminatı, strateji gücüdür!” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları, qazilər, ziyalılar və ictimaiyət nümayəndələri iştirak ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açıb. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarxa baxış keçirilib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Arzu İsgəndərzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Heydər Əliyev məktəbinin direktoru Sənan Hüseynov və digər natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə intellektual, yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edildi və onlara partiya biletləri təqdim edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov təltif olunan gəncləri təbrik edib və onlara ictimai-siyasi və şəxsi həyatlarında uğurlar arzu edib. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.