Sumqayıtda yük maşını yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb. Avtomobil yanğından mühafizə olunub.

Son xəbərlər
Son Xəbərlər