Lənkəranda ev yandı - Ölən var - Fotolar - Yenilənib

lenkeranda-ev-yandi
Oxunma sayı: 1029

Lənkəranda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Yanğında ölən şəxs ev sahibi, 45 yaşlı Rəfi Firdovsi oğlu Rəhimovdur.

Surxay Şahbazov