Moskva Əbu-Dabi görüşünün təxirə salındığını təsdiqlədi

moskva-ebu-dabi-gorusunun-texire-salindigini-tesdiqledi
Oxunma sayı: 293

Kreml Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilməli olan üçtərəfli danışıqların növbəti mərhələsinin 4-5 fevral tarixlərinə təxirə salındığını təsdiqləyib.

“Qafqazinfo” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. 

O, görüşün təxirə düşməsinə səbəb kimi tərəflərin qrafiklərinin üst-üstə düşməməsini göstərib.

Xatırladaq ki, ilkin olaraq üçtərəfli görüşün fevralın 1-də keçirilməsi planlaşdırılsa da, sonradan Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların təxirə salındığını açıqlamışdı. Tərəflər arasında danışıqlar bu il yanvarın 23-24-ü Əbu-Dabidə baş tutub.