“Bütün dünya özünü İranda baş verən proseslərə hazırlayır. Biz medianı, cəmiyyəti baş verə biləcək mümkün proqnozlara alışdırmalıyıq. Çünki vəziyyət ciddidir və baş verən proseslərin Azərbaycan üçün təhlükə yaratması istisna olunmur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bundan başqa, son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. “Bakı Metropoliteni”ndə, “Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sistemlərdə xeyli ixtisarlar var. Başa düşürəm, büdcədə yük ola biləcək müəyyən problemlər həll olunur. Amma biz bu qədər işsizə ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyiblər ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb. Bu, dövlətimizi xeyli təhlükələrlə üz-üzə qoya bilər”, - deputat əlavə edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər