Gəncədə yeni satış mərkəzi fəaliyyətə başladı - Fotolar

gencede-yeni-satis-merkezi-fealiyyete-basladi
Oxunma sayı: 3933

“Kristal Abşeron” şirkəti Gəncə şəhərində satış mərkəzi açdı!

Satış Mərkəzi artıq bu gündən fəaliyyətə başlayıb. Şirkət nümayəndəsinin verdiyi məlumata əsasən deyə bilərik ki, “Kristal Abşeron”un bu addımı atmağında əsas məqsəd Gəncə və ətraf ərazilərdə yaşayıb mənzil sahibi olmaq istəyənləri bu imkana daha yaxın etməkdir. Bakı, Sumqayıt, Xırdalan şəhərlərində müxtəlif layihələri olan şirkət artıq inşa edilən layihələrinin idarə edilməsi və satışını bu mərkəzdən də həyata keçirəcəkdir. 

Satış mərkəzi Gəncə Şəhəri, Şah İsmayıl Xətai prospekti, 358A ünvanında, Dəyirman dairəsinin yaxınlığında yerləşir. Hazırda Bakı, Sumqayıt, Xırdalanda mənzil sahibi olmaq istəyən gəncəlilər və ətraf ərazi sakinlərinin paytaxta yollanmağına heç bir ehtiyac yoxdur. Onlar satış mərkəzinə yaxınlaşaraq layihələr və qiymətlər haqqında ətraflı məlumat ala bilərlər. Şirkət hətta satış ofisinə gələnlərə şəxsi büdcəsinə uyğun aylıq ödəniş təyin etmək mənzil sahibi olmağı təklif edir. 

Qeyd edək ki, “Kristal Abşeron” şirkəti yaxın gələcəkdə Gəncə şəhərində yeni layihələr inşa etməyi planlayır. 

“Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir və təmirdə dünya markalarından istifadə edilir. İndi 10%-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz. 

Ətraflı: *1544 , +994 22 265 65 75

www.kristalabsheron.az