Gəncənin bir hissəsində su olmayacaq

gencenin-bir-hissesinde-su-olmayacaq
Oxunma sayı: 962

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Hazırda ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.