Fevralın 2-də Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 200-dən çox gəncin iştitakı ilə “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr edilmiş, “GəncLİK üçün Danış” Gənclər Forumu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev Azərbaycandakı Gənclər siyasətindən, gənclər gününün yaranma tarixindən, hazırda gənclər üçün yaradılan imkanlardan və Binəqədi Gənclər Evinin də bu imkanlar çərçivəsində gənclər üçün həyata keçirilən layihələrindən danışıb.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Başçısının müavini Aygün Əliyeva ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirildiyini bildirib.
Çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həşimova, UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Natiq Umarov, Binəqədi YAP Rayon Təşkilatının Gənclər Birliyinin sədri Anar Əliyev çıxış edərək karyera istiqamətində bir çox layihələrin regionlarda da keçirilməsinin vacibliyinindən danışıblar.
Forumun ikinci hissəsində 3 istiqamət üzrə spiker çıxışlarına yer verilib.
Spikerlər (Anar Məmmədov, Sara Rəcəbli, Nəcəf Allahverdiyev), “GəncLİK və Təhsil”, “GəncLİK və Gənc Sahibkarlıq, “GəncLİK və Şəxsi İnkişaf” mövzusunda çıxış edib, gənclərlə fikir mübadiləsi aparıb. Daha sonra fəal gənclər Binəqədi Gənclər Evi tərəfindən və İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Forumun üçüncü hissəsində “Könüllülük Akademiyası 2”(Gənc LiderlərimİZ) layihəsininin bağlanış mərasimi keçirilib. Könüllülər üçün hazırlanan videoçarx izlənildikdən sonra layihə iştirakçıları rəsmi qonaqlar tərəfindən təltif olunublar.
Sonda xatirə şəkli çəkilib.