Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
“Qafqazinfo”nun məlumatına görə, “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.
“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərhad Nəriman oğlu Səmədov isə FHN-in baş hərbi ekspertidir. O, daha əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

“General-mayor” olan polkovnik Seymur Taleh oğlu Qaraşov isə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir. O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

“General-leytenant” ali hərbi rütbəsi verilən general-mayor Adil Ələsgər oğlu Abdullayev isə fövqəladə hallar nazirinin müavinidir. O, nazir müavini olmazdan əvvəl FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər
Son Xəbərlər