Geomaqnit qasırğası güclənəcək

geomaqnit-qasirgasi-guclenecek
Oxunma sayı: 2072

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Qeyd edilib ki, hazırda Günəş küləyinin sürəti 424 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə  -2 nT təşkil edir.