Gerasimovla Şoyqu səs verdi - Video

gerasimovla-soyqu-ses-verdi
Oxunma sayı: 1249

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkilərinə start verilib. 

“Qafqazinfo”nun Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ölkənin müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeriy Gerasimov seçkilərdə səs veriblər.

Bildirilir ki, onlar öz səsvermə hüququndan Cənub hərbi dairəsində məntəqələrdən birində istifadə ediblər. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır.