Gömrük Komitəsi adları açıqladı - Vergidən yayınanlar

gomruk-komitesi-adlari-aciqladi
Oxunma sayı: 5488

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.

Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.    

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

 

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“Taleh-AT” müəssisəsi

67350,01

ABŞ dolları

 

129915,13

ABŞ dolları

62565,12

ABŞ dolları

2

“Qoşabulaq-A” MMC

26000 avro

 

70000 avro

44000 avro

3

Bəhlulzadə Kamal Rauf o.

6584

ABŞ dolları

 

28044

ABŞ dolları

21460

 ABŞ dolları

4

“Avantaj AS” MMC

46188,60

 ABŞ dollar

 

65027,06

 ABŞ dollar

18838,46

ABŞ dollar

5

“NTC Company” MMC

24584,85

ABŞ dolları

 

38216

ABŞ dolları

13631,15

 ABŞ dolları

6

“Çipto” MMC

7028,98avro

 

17180,32 avro

10151,34 avro

7

“ABA Trading” MMC

27700 avro

 

37500 avro

9800 avro

Cədvəldən də göründüyü kimi, ümumilikdə 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərilib və bu kimi hallar davam edir.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələrilə ictimaiyyətə açıqlanacaq.