Gömrük Komitəsi sədrinin yeni müşaviri o oldu - Foto

gomruk-komitesi-sedrinin-yeni-musaviri-o-oldu
Oxunma sayı: 6610

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə yeni müşavir təyin olunub.

Bu barədə “Qafqazinfo”ya DGK-dan məlumat verilib. Bildirilib ki, sözügedən vəzifəyə Şamo Mürşüdov gətirilib.

Ş.Mürşüdov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan resursları departamentinin müdiri vəzifəsində çalışıb.

Bununla da DGK sədrinin müşavirlərinin sayı 3-ə çatıb.