“Gömrük orqanları ilə sahibkarlar arasında dialoq qurulur”

gomruk-orqanlari-ile-sahibkarlar-arasinda-dialoq-qurulur
Oxunma sayı: 1757

"Qeyri-neft ixracının texnologiya tutumunda inkişaf var. Son dövrlərdə dövlət büdcəsinin gömrük daxilolmaları qeyri-neft daxilolmalarının 35 %-nə çatıb". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində bildirib. 

Ş Mövsümov qeyd edib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi nəticə etibarilə xarici ticarət bazarına da müsbət təsir göstərir: "Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır".

Zaur Mirzə