Goranboyda mina hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində minaya düşüb.
İlkin məlumata görə, adıçəkilən şəxs ərazidə çobanlıq edirmiş.
Faktla bağlı araşdırma başlanılıb.
***
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri hadisə ilə bağlı məlumat yayıb:
“Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib.
Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”
***
31.05.2025-ci il tarixində saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər