Görüşün formatı son anda dəyişdirildi

gorusun-formati-son-anda-deyisdirildi
Oxunma sayı: 4639

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada görüş 3+3 formatında keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin məlumat yayıb.

ABŞ Dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun da bu görüşə qoşulacağı bildirilir.

Məlumatda o da qeyd edilir ki, Putinlə ABŞ lideri arasında görüşün əvvəllər “təkbətək” formatında keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, liderlər artıq Alyaskadadır.