Göyçayda “İnfiniti” ilə “VAZ 2107” toqquşdu - Yaralılar var

goycayda-infiniti-ile-vaz-2107-toqqusdu
Oxunma sayı: 1536

Göyçayda axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Çərəkə kəndi ərazisində qeydə alınıb. Toqquşma nəticəsində xəsarət alanlar Göyçayın Yeniarx kənd sakini 29 yaşlı Taleh Abdullayev və Xəlitli kənd sakini 21 yaşlı Anar Qasımovdur. Onlar müxfəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu